[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Sheb-tes-1.jpg” ]
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə 24 may 2013-cü il tarixində Bakıda Şərq Tərəfdaşlığı ölkələrində təmsil olunan gənclərin beyin mərkəzləri şəbəkəsinin təsis Forumu keçirilmişdir. Forumun yaranmasına səbəb Şərq Tərəfdaşlığı ölkələri gənclərinin beyin mərkəzlərinin şəbəkəsini qurmaq və bununla onlar arasında iş birliyini təmin etməkdir. Eyni zamanda, Azərbaycan gənclərinin beyin mərkəzlərinin Avropaya inteqrasiyasını təmin etməkdir. Başlıca məqsəd gənclərin beyin mərkəzlərinin Avropa ərazisində tanınması, beyin mərkəzlərinin inkişafına dəstək olmaq və Azərbaycan gənclərinin düşüncə mərkəzlərinin beynəlxalq layihələrdə söz sahibi olmasını təmin etməkdir. İlkin olaraq şəbəkə 7 ölkə tərəfindən təsis olunmasına baxmayaraq, artıq 14 Şərq Tərəfdaşlığı ölkələri gənclərin beyin mərkəzlərinə qoşulub.
Forumda çıxış edən Polşanın Azərbaycandakı səfiri Mixail Labenda tədbirin önəmini vurğulayaraq bu şəbəkənin tam zamanında təsis olunduğunu bildirərək qeyd edib ki, bu şəbəkə gənclərin Avropa Qonşuluq Siyasətində iştirakını və Şərq Tərəfdaşlığnda aktivliyini təmin etmiş olacaqdır. Səfir bu işdə Polşa dövlətinin lazımi dəstək verəcəyini və səfirliyin gəncləri dəstəklədiyini bildirib. Tədbirdə çıxış edən Avropa Birliyinin, Bolqarsıtan, Çexiya, Türkiyə, Avstriya səfirlərinin müşavirləri tədbir iştirakçılarına uğurlar arzulayıblar.
Xatırladaq ki, Forumun təsisçiləri qismində 7 təşkilat-“Avropa alternativ”-Nicholo Milanese, “Beynəlxalq Mütəxəssislər Fondu”-Rosen Dimov, “Avropa Dialoqu”-Yarina Borenko, “Avropa Beyin Mərkəzləri Şəbəkəsi”-Andrea Gerosa, “Çexiya Beynəlxalq Əlaqələr Assosiasiyası”-Vladimira Votonova, Qafqaz İqtisadi və Sosial Araşdırma Mərkəzi (Gürcüstan)-Temur Tordinava və Marşal Fondunun Türkiyə Bürosu-Özgür Ünlühisarçıklı təmsil olunurlar. Azərbaycandan isə 7 təşkilat ilkin olaraq şəbəkədə təmsil olunacaq.
Açılış nitqlərindən sonra Forum panellər üzrə öz işinə davam edib.
Forumun hər il Şərq Tərəfdaşlığı ölkələrindən birində, gələn il isə Polşanın Varşava şəhərində keçirilməsi bərədə qərar qəbul olunub.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb.
Forumun 2-ci günü qonaqlar proqrama uyğun olaraq Quba şəhərinə səfər ediblər. Səfər çərçivəsində Avropalı qonaqları Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qəbul edib. M.Ağayev ilk dəfə Azərbaycana səfər etmiş beyin mərkəzlərinin rəhbərlərinə Azərbaycanda gedən inkişaf prosesi, turizm mərkəzi sayılan Qubada aparılan abadlıq işləri və gənclər üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verib. Rayon rəhbəri bildirib ki, Qubanın Azərbaycanın digər bölgələrindən fərqi başqa xalqların nümayəndələrinin bu bölgədə daha çox olmasıdır.
Qonaqlar səmimi qəbul üçün M.Ağayevə təşəkkürlərini bildiriblər və Quba ilə bağlı müxtəlif suallarını səsləndiriblər. Sonra beyin mərkəzlərinin rəhbərləri Quba soyqırım kompleksində olublar. Avropalı qonaqlar gördükləri mənzərəni foto lentə alaraq Avropada yayacaqlarını qeyd ediblər.
Qonaqlar təşkilatçılarla birlikdə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını da ziyarət etmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7134″ id=”7134″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]