[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/1367918624_ekologiya_2.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühit və təhlükəsizlik: ekoloji maarifləndirmə proqramı” adlı layihəni icra edir. Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Layihə çərçivəsində Balakən və Qəbələ şəhərlərində aktiv gənclərə ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlar verilmişdir. Təlim iştirakçıları Azərbaycanın ekologiya sahəsində qoşulduğu beynəlxalq konvensiyalar ilə tanış olmuş və ətraf mühitin qorunması sahəsində fikir mübadiləsi aparmışlar. Həmçinin, regionda yaşayan gənclərin ətraf mühitin mühafizəsinə daha aktiv cəlb edilməsi yolları müzakirə edilmişdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 3 ay müddətində həyata keçiriləcəkdir.