[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/gmib.jpg” ]
“Gənclər Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq “Sağlamlığın təbliğinin virtual metodları” adlı layihəyə start verib. Layihənin məqsədi müasir informasiya-kommunikasiya metodlarından istifadə etməklə regionlarda gənclərə sağlam həyat tərzi, sağlamlığın qorunması üsulları və vasitələri haqqında ətraflı məlumat verməkdir.
Layihə çərçivəsində bir çox ekspertlərin müasir İKT imkanlarından istifadə etməklə benefisiarlarla görüşlərinin təşkili nəzərdə tutulur. Layihə 3 müddətində reallaşacaq. Layihə haqqında daha geniş məlumatlar mətbuat üçün növbəti açıqlamalarda öz əksini tapacaq.