[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/DSC_0076.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovasiyaya doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi Azərbaycanda təhsil alan xarici tələbələrin “Azərbaycan-ikinci Vətənim” layihəsi keçirilib. Layihə çərçivəsində nəzərdə tutulan tədbir 28 May-Respublika günü ərəfəsində Xəzər Universitetinin Bəşir Səfəroğlu 122 ünvanında yerləşən korpusunda baş tutub.
Qeyd edək ki, festivalda Azərbaycanda təhsil alan xarici tələbələr incəsənətin müxtəlif istiqamətlərində çıxışlar nümayiş etdiriblər.
İctimai Birliyin sədri Rəşad Cəfərovun verdiyi məlumata görə, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyinə nail olmaq, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin onlara verdiyi önəmi vurğulamaq, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir.
Tədbirdə universitet rektorları, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Festivalda Xəzər Univerisitetinin ABŞ-dan, Pakistandan və İrandan olan tələbələri, ADA-nın Türkmənistan, ABŞ, Qambiya, Özbəkistan və Türkiyəli tələbələri, Memarlıq və İnşaat Univerisitetinin Türkiyəli, Çinli və İranlı tələbələri, BDU-nun Türkiyə, Çin, Koreya, Rusiya, Nigeriya və Vyetnamdan olan tələbələri və digər ali məktəblərin müxtəlif ölkələrdən olan tələbələri iştirak edirdilər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7357″ id=”7357″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]