[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/llllll.jpg” ]
7 iyun 2013-cü il tarixində Şirvan şəhər Peşə liseyinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi və “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Sağlam həyat tərzi-sağlam gələcək” layihəsi çərçivəsində gənclər üçün təlim keçirilmişdir.
“Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri, layihə rəhbəri Ə. Mirzəyev layihə, onun məqsədləri, görüləcək işlər barədə məlumat verdikdən sonra təlim başlayıb. Təlim zamanı gənclərin diqqəti son zamanlar yayılmış müxtəlif zərərli vərdişlərə meyllərin artmasına yönəldilib.
Təlimin sonunda liseyin direktoru İlyas Mirzəyev real misallarla narkomaniya və alkoqolizmin insan üçün nə dərəcədə təhlükəli olduğu haqda məlumat verib.