[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/SAF-logo-azerb.jpg” ]
“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin növbəti layihəsi regionda yaşayan gənclərin maarifləndirilməsi istiqamətindədir. Bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən göstərilən maliyyə dəstəyi ilə Lənkəran rayonunda həyata keçiriləcək və region gənclərini əhatə edəcəkdir.
“SAVADLI GƏNCLİK – ETİBARLI GƏLƏCƏYİN QARANTI” adlanan layihədə əsas məqsəd ölkənin cənub regionunda, xüsusən Lənkəran şəhərində yaşayan, fəaliyyət göstərən və təhsil alan gəncləri Azərbaycan Respublikasının Dövlət Gənclər Siyasəti və gənclərin müxtəlif problemlərinin həlli məqsədi ilə həyata keçirilən Dövlət Proqramları ilə bağlı maarifləndirmək, onların bu sahədə biliklərini artırmaqdan ibarətdir. Layihədə xüsusən yeni qəbul edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” haqqında hazırlanmış xüsusi vəsaitlər, təqdimatlar region gənclərinə təlimlər vasitəsi ilə çatdırılacaq, onların bu proqramdan bəhrələnməsi üçün mümkün yollar göstəriləcəkdir.
Bu baxımdan “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi layihənin əhatə edəcəyi gəncləri göstərilən istiqamətdə biliklərini genişləndirmək məqsədi ilə Dövlət Proqramı və ondan bəhrələnmək yollarını gənclərə 17-20 sentyabr 2012-ci il tarixində Lənkəran şəhərində keçiriləcək “Dövlət Gənclər Siyasəti: İmkanlar və Perspektivlər” adlı təlimlər vasitəsi ilə öyrədəcəkdir.