[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/12.jpg” ]
Lənkəran şəhərində Azərbaycan Gənclər Fondu və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən “Gənc sahibkarlar üçün yay məktəbi – “Biznes inkubatorlar” layihəsinin icrası başa çatmışdır. Gənclər və İdman Nazirliyi və “Macarıstan Gənc Sahibkarlar Assosiasiyası”nın dəstəyi ilə keçən yay məktəbinin əsas məqsədi Azərbaycanda biznes inkubatorların yaradılması sahəsində beynəlxalq təcrübəyə əsaslanan baza biliklərinin formalaşdırılması və bu istiqamətdə gənc sahibkarların maarifləndirilməsidir. Yay məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İB-nin əsas istiqamətlərindən biri olan Biznes İnkubatorlar Proqramı çərçivəsində “Azərbaycan gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramına dəstək məqsədi ilə təşkil edilmişdir. Azərbaycanda ilk dəfə təşkil olunan və bir həftə davam edən yay məktəbində ölkənin müxtəlif regionlarını təmsil edən 30 nəfər fəal gənc iştirak etmişdir. Yay məktəbində iştirakçılara xarici və yerli ekspertlər tərəfindən biznes inkubatorların mahiyyəti, onun gənc sahibkarlığın inkişafında rolu, biznes inkubatorların yaradılması və onlardan faydalanma imkanları, bu sahədə beynəlxalq təcrübə mövzuları tədris olunmuşdur. Təlimlərdə xarici ekspert qismində Macarıstan Gənc Sahibkarlar Assosiasiyasının prezidenti Patrik Kovaks çıxış etmiş və bu sahədə təcrübəsini gənc sahibkarlarla bölüşmüşdür. Yay məktəbində Macarıstan Gənc Sahibkarlar Assosiasiyası ilə gələcəkdə birgə layihələrin icrası ilə bağlı razılıq əldə edilmiş, bu məqsədlə hər iki ölkəyə qarşılıqlı səfərlərin təşkil edilməsi qərara alınmışdır. Tədbir iştirakçıları, həmçinin rayonun təbiəti, tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2743″ id=”2743″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]