[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/ELWEN-ESAS-RESM-.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi tərəfindən 8 avqust-10 oktyabr 2012–ci il tarixlərində həyata keçiriləcək “Azərbaycan xalqının soyqırım qurbanları” foto-sərgisinin icrası ilə əlaqədar olaraq 18 avqust 2012-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində Kütləvi İnformasiya işçiləri üçün mətbuat konfransı keçirilmişdir.
Layihənin əsas məqsədi erməni şovinistlərinin Azərbaycan xalqına qarşı soyqırım siyasətinin qurbanlarına həsr olunmuş foto-sərgilərin keçirilməsi, ölkə daxilində, regional və beynəlxalq miqyasda Azərbaycan xalqının soyqırımı ilə əlaqədar maarifləndirmə işinin təşkili, bu istiqamətdə fəaliyyətləri gücləndirməkdir.
“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı mətbuat konfransında ayrı-ayrı regionlarda (Sumqayıt, Xaçmaz, Cəlilabad, Astara, Bərdə, Mingəçevir, Gəncə, Daşkəsən, Qəbələ, Qax, İsmayıllı və Şəki) “Soyqırım qurbanları” mövzusunda fotolardan və rəsm işlərindən ibarət açıq havada keçiriləcək səyyar “Azərbaycan xalqının soyqırım qurbanları” foto-sərgisi haqqında ətraflı məlumat verərək qeyd etdi ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda, geniş miqyaslı soyqırım cinayətləri törədiblər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov tədbirdə çıxış edərək bildirdi ki, “Azərbaycan xalqının soyqırım qurbanları” foto-sərgisi çərçivəsində görüləcək işlər Azərbaycan dövlətinin 2011-2015-ci illərdə yeniyetmə və gənclər barəsində nəzərdə tutulmuş dövlət siyasətinə və böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək olacaqdır. Gənclər Fondu öz növbəsində bu tip layihələrə gələcəkdə də köməklik göstərəcəkdir.