[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/mqdefault.jpg” ]
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Məcburi Köçkün Uşaqlar üçün Yay Məktəbi” layihəsi çərçivəsində məcburi köçkün uşaqlar üçün yaddaş kitabçası çapdan çıxmışdır.
Kitabça 2 hissədən ibarətdir. 1-ci hissə məcburi köçkün icmalarında uşaqların hüquqlarını, 2-ci hissə isə ictimai fəallıq, liderlik, könüllülük və layihələrin idarə olunması məsələlərini əhatə edir. Bu Yaddaş kitabçası həm Yay Məktəbi iştirakçıları, həm də istənilən maraqlı təşkilatlar arasında yayılır. Belə ki, kitabça məcburi köçkün uşaqlar, müəllimlər və valideynlər, eləcə də əlaqədar dövlət qurumları, gənclər təşkilatları, icma əsaslı təşkilatlar, qeyri-hökümət təşkilatları və digər maraqlı şəxslər üçün nəzərdə tutulub.
Bundan əlavə, məlumatlar və eləcə də Yay Məktəbində ekspertlər tərəfindən istifadə olunmuş əyani vəsaitlər CD formatında da paylanılmışdır.