[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/saglam-heyat.jpg” ]
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Regionlarda gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində 21-23 sentyabr 2012-ci il tarixində Beyləqan rayonunda və Füzuli və Xocavənd məcburi köçkünlərinin məskunlaşdığı qəsəbələrdə yaşayan 30 nəfər gəncin iştirakı ilə təlimçilər üçün təlim keçiriləcəkdir. Təlimin sonunda yaradılacaq qrup müxtəlif yaşayış məntəqələrində maarifləndirmə materiallarının paylanmasında iştirak edəcək. Təlimdə aşağıdakı mövzular müzakirə olunacaqdır:
• Sağlam həyat tərzi;
• Saglam yaşamaq və gigiyena;
• Yoluxucu xəstəliklər və onların yayılma yolları;
• Erkən nigahların fəsadları;
• Narkomaniyanın törətdiyi faciələr;
• Cinsi yolla keçən xəstəliklər və İİV/QİÇS;
• Ailə qurarkən tibbi müayinədən keçmə;
• Sağlam həyat tərzi ilə bağlı beynəlxalq təcrübə;
• Sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı futbol turnirində və təlimçilərin yaşadıqları kənd və qəsəbələrdə aparılacaq maarifləndirmə işinin təşkili qaydalarının müəyyən olunması.
Təlim interaktiv metodla aparılacaqdır. Təlimdə rol, qrup oyunları və təqdimatlar olacaqdır. Təlim keçmiş gənclər mütamadi olaraq əldə etdikləri bilikləri öz həmyaşıdlarına və gənclərə çatdıracaqlar. Təlimdə rayonda fəaliyyət göstərən dövlət orqanlarının nümayəndələri də mövzu ilə bağlı çıxışlar edəcəklər.