[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/b0694a5fe3c44ba9f404b7bc6b5f427f_1322573381.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyələşdirdiyi, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin icra etdiyi “Gənclərin ekologiya sahəsində təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində Şirvan şəhəri ərazisində Kür çayının hər iki sahilində aparılmış monitorinqin nəticələrinə yekun vurulmuşdur.
Monitorinqi həyata keçirən könüllülər qrupunun rəhbəri Nizami Cəfərovun verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi İdarəsinin mütəxəssisi Allahyar Məmmədovla görüş keçirilmiş, sonra isə Kür çayının sağ və sol sahillərinin təxminən 20 km-lik ərazisinə baxış keçirilmişdir. Monitorinq zamanı bəzi yaşayış massivlərində əhalinin məişət tullantılarını birbaşa Kür çayına və sahillərə atdığı müşahidə olunmuşdur. Bundan əlavə, bəzi sənaye müəssisələrinin və özəl istehsal obyektlərinin tullantılarının Kür çayına təmizlənmədən axıdılması faktları aşkar edilmişdir.
Toplantıda qərara alındı ki, aşkar olunmuş faktlar üzrə aidiyyatı dövlət qurumları, yerli bələdiyyələr, fiziki və hüquqi şəxslərə müraciətlər olunsun.