[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/568536.jpg” ]
Beynəlxalq və regional səviyyədə keçirilən seminarlar günümüzdə xalqların və dövlətlərin üzləşdiyi bir çox böhran hallarının qarşısının alınması, münaqişələrin həlli yollarının tapılması istiqamətində çox əhəmiyyətli rol oynayır. Bu cəhətdən münaqişələrin sülh yolu ilə həlli çox vacibdir. Xüsusilə də qadınların sülh quruculuğu prosesinə cəlb olunmaları çox əhəmiyyətlidir. Münaqişələrin sülh yolu ilə həllində qadınların rolunun vacibliyi zərurətini dərk edərək Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı 27-30 sentyabr tarixində “EnGender Peacebuilding: Qadınların münaqişələrin həllindəki rolu” mövzusunda beynəlxalq seminar-konfrans təşkil edəcək.
Qeyd olunan beynəlxalq seminar-konfransın qarşısına qoyduğu məqsəd Avropanın müxtəlif bölgələrindən olan gənc ekspertləri (tələbələr, araşdırmaçılar, QHT nümayəndələri, jurnalistlər və beynəlxalq təşkilatların gənc əməkdaşları, eləcə də gənc siyasətçilər) və eyni səviyyəli yerli gənc ekspertləri bir araya toplayaraq qadınların münaqişələrin həllindəki rolunun vacibliyini müzakirə etmək olacaq. Bunu etməkdə əsas məqsəd yerli və xarici ekspertlərin bu sahədə olan fikirlərini iştirakçılara çatdırmaq, münaqişələrin həlli yollarında qadınların rolunun əhəmiyyətini dünya ictimaiyyətinə çatdırılmasına nail olmaqdır.
Seminarın açılış mərasimi 27 sentyabr, saat 11:00-da Mingəçevir şəhəri, River Side otelinin konfrans zalında olacaq.
Tədbir Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçiriləcək.