[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/DSC00210.jpg” ]
“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Erkən nigahlara qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə çərçivəsində regionlarda tədbirlər həyata keçirir. Layihənin məqsədi regionlarda yaşayan gənclər arasında daha çox yayılan erkən nigah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılmasına, insan hüquqlarının pozulması, zorakılıq halları, təhsildəki problemlərlə bağlı zərərin azaldılmasına töhfə vermək, dövlət və vətəndaş cəmiyyətinin səylərinin əlaqələndirilməsi, gənclərin hüquqlarının müdafiasi və ailə institutunun gücləndirilməsidir.
Layihə çərçivəsində Masallı rayonunda “Erkən nigahlar və onların fəsadları” mövzusunda gənclərə, gənclər təşkilatları nümayəndələrinə, orta təhsil müəssisələrinin müəllimlərinə, şagirdlərə təlimlər keçirilmişdir. Bundan əlavə, region gəncləri və əhali arasında erkən nigahın fəsadları mövzusunda zəruri təbliğat və maarifləndirmə işləri aparılmış, nəşr məhsulları əhali və gənclərə paylanmışdır.
Massalı əhalisinin bir qrupunun iştirakı ilə erkən nigahlarla bağlı sosioloji sorğu aparılmış, bununla da mövcud vəziyyət öyrənilərək, nəticələr təhlil ediləcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2664″ id=”2664″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]