[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/images1.jpg” ]
“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Beyin axınının qarşısını alaq! Region gənclərinin karyera imkanlarının artırılması və iş axtarılması yolları” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Sentyabr ayının15-16-da Quba rayon Amsarkənd orta məktəbinin Təlim mərkəzində fəaliyyət göstərən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər, yuxarı sinif şagirdləri və müxtəlif ictimai təşkilatlarda çalışan gənclər üçün 2 günlük təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov layihənin məqsədi haqqında iştirakçılara geniş məlumat vermişdir. Təlimi “Azerveb” saytının administratoru, “Ferhadov Studio” MMC-nin direktoru Fərhadov Fərid və Ayaz Abışov aparmışlar. Təlimdə 17 nəfər müəllim və 2 nəfər məzun tələbə və 1 nəfər YAP-ın Gənclər Təşkilatının üzvü iştirak etmişdir. Təlim “Peşə seçimi nədir və nə üçün önəmlidir?”, “Özünü tanıma”, “Maraq dairəsinin müəyyənləşdirilməsi”, “Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri”, “Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq?”, “Peşə seçərkən nələrə diqqət yetirməli?”, “İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli?” kimi mövzularda keçirilmişdir. Müzakirə olunan məsələlər peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçılarının böyük marağına səbəb olmuşdur. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilmişdir. Təlimin işi anket sorğusu vasitəsilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edilmişdir.
Quba rayon Amsarkənd orta məktəbinin direktoru Habil Bayramlı bildirmişdir ki, Qubada ilk Distant Karyera Mərkəzinin yaradılması sevindirici haldır. “Demokratik Gənclər” İB bu mərkəzi Amsarkənd orta məktəbinin nəzdində yaradacaq.