[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/20120126PHT36326_original.jpg” ]
Bildiyiniz kimi, 18-19 sentyabr tarixlərində Belçikanın Brüssel şəhərində Avropa Birliyinin Avropa Şurası ilə gənclər sahəsində əməkdaşlığı çərçivəsində Gənclər Siyasəti üzrə Avropa Bilik Mərkəzinin üzvlərinin 8-ci iclası keçirilir. İclasda Fondun icraçı direktoru Fərhad Hacıyev və Fondun əməkdaşı Lalə Rzayeva iştirak etmişlər. Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının nümayəndələri ilə görüşüb, birgə əməkdaşlığa dair müzakirələr aparan nümayəndələr Azərbaycanda Dövlət Gənclər siyasəti, Gənclər təşkilatlarının fəaliyyəti və Gənclər Fondu barədə görüş iştirakçılarına məlumat vermişlər.
Görüşdə Gənclər Fondunu təmsil edən Lalə Rzayeva Fondun təqdimatını keçirmiş və Gənclər Fondu tərəfindən gənclər təşkilatlarına və gənclərə yaradılan imkanlardan, Fondun keçirdiyi qrant müsabiqələrindən və gələcək fəaliyyət planından danışmışdır.
Fondun fəaliyyəti ilə bağlı çoxsaylı sualları cavablandıran L.Rzayeva xarici vətəndaşların, gənclər təşkilatlarının Azərbaycanın tarixi, mədəniyyəti və təbliği ilə bağlı tədqiqat işlərinə Fondun maliyyə dəstəyi göstərəcəyini qeyd etmişdir.
Daha sonra, Fondun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda Dövlət Gənclər Proqramının hazırlanmasında gənclərin iştirakı, gənclərin məşğulluq məsələləri, Gənclər Siyasəti haqqında qanuna yenidən baxılması və bu günün tələblərinə uyğun olaraq yenidən müzakirə edilməsi, tələbələrin xaricdə təhsil şərtləri, təqaüdləri barədə məlumat vermişdir.