“Azərbaycan Gənclər Sammiti” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 10-cu qrant müsabiqəsinin qalibi seçilmişdir. Layihə rəhbəri Bakı Dövlət Universitetnin 2-ci kurs magistrantı Günay Zeynallıdır. Üç gün davam edən layihə ərzində 3 növ təlim keçirilmişdir. Təlimlər Şahmat üzrə dünya çempionu və psixoloq İzzət Rəhimli tərəfindən keçirilmişdir. Təlimlər “Liderlik və təşkilati bacarıqlar”, “Zamanın idarə olunması” və “Layihələrin yazılması” mövzularını əhatə etmişdir.
Layihədə AƏSMA və Azərbaycan Universitetindən 30 nəfər tələbə iştirak etmişdir.