Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən 10-cu qrant müsabiqəsinin qalibi olmuş “Sən də öz biznesini qur” adlı layihənin yekun tədbiri Bakı şəhərində uğurla həyata keçirilmişdir. Tədbirdə Gənclər Fondunun ölkə gənclərinin ictimai həyatında oynadığı mühüm rolu vurğulandı və gənclərə layihə barəsində ətraflı məlumatlar verildi, aşağıdakı fikirlər səsləndirildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.
“Biznesə başlamaq bunu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Biznes üçün yaxşı ideya olmadan uğur əldə etməyə ümid etmək olmaz. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhətlər almaq lazımdır”.