Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycan-2020: Vergi birinciliyi” layihəsi start götürür. Layihə gənc vergi ödəyiciləri arasında geniş məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinin aparılmasını nəzərdə tutur.
Layihə müsabiqə formatında keçiriləcək və 4 mərhələdən ibarət olacaq.
İlk mərhələ seçim mərhələsi olacaq və layihədə iştirak etmək istəyən şəxlər onlayn formada ilkin qeydiyyat formunu dolduracaqlar. Bu mərhələdə 80 iştirakçı onlara təqdim edilən 20 sualın (AR qanunvericiliyinə dair) öhdəsindən gəlməyə çalışacaqlar. Ən yüksək nəticə göstərən 20 iştirakçı növbəti mərhələyə keçəcək.
İkinci mərhələdə 20 iştirakçı AR vergi qanunvericiliyinə və dünyada vergi nəzəriyyəsi və praktikasına dair təlimlərdə iştirak edəcəklər.
Üçüncü mərhələdə təlim materialları əsasında iştirakçılar Azərbaycanda vergi qanunvericiliyinə və praktikasına dair 50 suala cavab verməli olacaqlar.
Bağlanış mərhələsində isə ən yüksək nəticə göstərən 3 iştirakçı diplom və dəyərli hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla təltif ediləcəklər.
Qeydiyyat linki:
https://goo.gl/forms/zRl1NBfOfenuNB3U2
DİQQƏT! İştirakçı sayı məhduddur. İştirakçılara sertifikat və qaliblərə hədiyyələr veriləcək. İştirakçılar qeydiyyat formunda göstərilən suallara verdikləri cavablara əsasən seçiləcəklər.