Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Heydərov Heydər Məhəmməd oğlu tərəfindən “Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
Layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyətini məlumatlandırmaqdan ibarətdir
Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzinin zalında rəssamlıqla məşğul olan yeniyetmə və gənclərin iştirakı ilə təlim keçirilib. Təlimdə Mərkəzin rəhbəri Aygün Həsənzadə, Samux Uşaq Gənclər Mərkəzinin direktoru Məhəbbət Həsənova, Karayeri qəsəbə 1 saylı orta məktəbin direktoru Bəsti Mahmudova, təlimçi Afərim Namazova iştirak edib.
Layihə iştirakçılarına Qarabağ abidələrinin qədim keçmişi və tarixi kökləri haqqında məlumat verilib. Qeyd olunub ki, təlimlərdən sonra “Qarabağ abidələrini tanıyırsınızmı” devizi altında 1 rəsm müsabiqəsi təşkil olunacaq. Təlimdən sonra Mərkəzin rəsm studiyasında uşaqların əl işlərindən ibarət fotolara baxış təşkil olunub.
Tədbirdə gənclərə maarifləndirici buklet və hədiyyələr paylanıb.