Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Cavid Hacıyevin müəllifi olduğu və “Nəqliyyatda etiket qaydaları” ilə bağlı maarifləndirmə məqsədi daşıyan layihə çərçivəsində işlər yekunlaşmaq ərəfəsindədir.
“BakuBus” MMC-nin təşkilati dəstəyi ilə hazırlanan və geniş ictimaiyyət üçün nəzərdə tutulan maarifləndirici material yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Əsas məqsəd gündəlik ictimai nəqliyyatda rastlasdığımız problemlərə və onların həllinə həsr edilib.
Bu baximdan Layihə əsasinda cəkilən sosial çarx ictimai nəqliyyatdan düzgün istifadə qaydalarını təbliğ edir.Layihənin əsas məqsədi də elə budur.
Sosial çarx professional rejissor Elmar Oruc tərəfindən cəkilib.Rollarda professional aktyorlar Elmira İdayətova, Rauf Məmmədov, həvəskar aktyorlar – Araz Natiqoğlu, Məhəmməd Ağayev, Fatimə Novruzova, kütləvi səhnələrdə isə sərnisinlər özləri iştirak edirlər. Çarxin videoperatoru Sahin Orucov, montaj rejissoru isə Cavid Haciyevdir.