Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Gil Dövrü” layihəsi həyata keçirilmişdir. “Gil Dövrü layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olan layihələrindən biri olmuşdur. Layihə rəhbəri Qurbanov Anardır.
“Gil Dövrü” layihəsinin ana məqsədi Azərbaycanda qədim sənətlərdən biri olan dulusçuluq sənətinin gənclər arsında təbliğidir. Layihə çərçivəsində ilkin olaraq iştirak edəcək gənclər gil sənətinin tarixi, Azərbaycanda hansı gil növlərinin mövcudluğu, onların tapılması və onlardan hansı əşyaların düzəldilməsi barədə məlumat alacaqlar. Daha sonra gənclər üçün qrup şəklində praktiki məşğələlər təşkil olunacaq. Praktiki məşğələlər vasitəsi ilə gənclər özləri müstəqil olaraq əsərlər yarada biləcəklər.
“Gil Dövrü” layihəsi ümumilikdə iki etapdan ibarət idi. Teoretik təlimdlərdən və praktiki hissə. Açılış mərasimində gənclərə layihə haqqında məlumatlar öürülmüş, dulusçuluq sənətinin tarixi, işlərin həyata keçirilməsi üçün lazım olan maddələr, Azərbaycanda bu sənətin inkişafı haqqında danışılmışdır. İkinci etap çərçivəsində gənclər özləri əl işləri hazırlamışlar. Son olaraq layihə iştirakçıları şəhadətnamə və hədiyələrlə təltif olunmuşdur.