Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçrilən “Planetar təfəkkürlü lider” adlı layihənin 3-cü tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, YAP GB ofisinin əməkdaşı, Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi, hədəfi İlham Əliyevin liderlik keyfiyyətlərini gənclərə aşılamaqdan ibarətdir. C.Fərzəliyev vurğulayıb ki, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan siyasi sisteminə rasionalizmə söykənən yeni siyasi davranış modelini gətirdi, hansı ki bu model yeni ideyalara, mütərəqqi addımlara, milli məqsədlərə söykənirdi. Bundan əaləvə bu yenis siyasi davranış modelinin tətbiqi ilə Azərbaycan siyasi sitemindən siyasi şantaj, radikalizm, ekstermizim çıxmış oldu. Bundan əlavə o həmçinin qeyd edib ki, İlham Əliyev öz liderlik keyfiyyətləri ilə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən “Planetar təfəkkürlü lider” adlı layihənin aktual olduğunu qeyd edib. Sonra layihənin eksperti Mirsamir Məmmədov çıxış edib, M. Məmmədov qeyd edib ki, İlham Əliyev öz planetar təfəkkürü ilə xalqı öz ətrafında toplamağı bacarıb. M. Məmmədov qeyd edib ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan hələ çox uğurlar əldə edəcək.
Sonda layihə çərçivəsində fəallıq göstərmiş bir qurup gənc sertifikatlarla təltif olunublar.