“Çıraqqala” və “Niyal dağı” ekocığırlarımızdan sonra “Bəybeyim dağı” ekocığırımız da uğurla başa çatmışdır. Ekocığır “Azərbaycan Respublikasının Gənclər Fondu”-nun dəstəyi “Nature Discovery Azerbaijan” və “Mountain Host Azerbaijan”-ın təşkilatçılığı ilə ərsəyə gətirilmişdir. Marşrutunun başlanğıcı Xızı rayonu, “Müşfiq ocağı”-ndan Bəybəyim dağının zirvəsinə qədər davam etmişdir. Marşrutun başlanğıc hündürlüyü 219 metr, maksimal hündürlüyü isə 935 metr olub ümumi məsafə 5 km 600 m-dir. Marşrut 9 ədəd taxtadan hazırlanan yolgöstərici nişanla işarələnmiş, başlanğıcda marşrut haqqında məlumat lövhəsi, zirvədə isə dağın adının və hündürlüyünün yer aldığı lövhə quraşdırılmışdır. Yolgöstərici nişanların üzərində marşrutun adı, nömrəsi və nişanın olduğu nöqtənin hündürlüyü yer alır. Həmçinin marşrut GPS cihazlarda istifadə üçün uyğunlaşdırılmış və üzərində işlədiyimiz “Trailmap” tətbiqində də yerləşdiriləcəkdir.