Mart ayının 12,13 və 14-ü tarixlərində liseydə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant müsabiqəsinin qalibi olan “Sağlam Təhsil. Yeniyetmələrin bəlası – Skolioz” adlı layihənin təlimlərinə start verilib. Layihənin məqsədi valideyn və şagirdləri skolioz xəstəliyi haqqında həkim tərəfindən geniş məlumatlandırmaqdır. Bu məqsədlə layihənin rəhbəri, liseyin müəllimi Səmədova Samirə Azərbaycan Tibb Universitetinin Fizioterapiya və İdman təbabəti kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Sədaqət Quliyevanı liseyə təlim keçməyə dəvət etmişdir.Təlimdə onurğa sütunu pozuntularının (skolioz,kifoz, lordoz və kifoskolioz) yaranma səbəbləri, müalicə və profilaktikası, şagirdlərə parta arxasında düzgün oturuş qaydaları izah edilmiş, valideyn və müəllimlərə isə şagirdlərin oturuş qaydalarını daim nəzarətdə saxlamaq tövsiyə edilmişdir. Təlim Azərbaycan və Rus dillərində aparılmışdır. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçırılmışdır.