[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/logo-gencler-fondu.jpg” ]
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə Gənclər Fondunun Əsasnaməsinə dəyişikliklər edilmiş, Fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilmişdir. Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək. Gənclər təşkilatlarını təmsil edən dörd üzv həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından seçiləcək və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin ediləcəkdir.
Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaqda iştirak etmək üçün 121 Gənclər Təşkilatı nümayəndəsinin müraciət ərizəsi, Şura üzvlüyünə isə 18 nəfər Gənclər Təşkilatı nümayəndəsinin ərizəsi qeydə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq 6 fevral 2013-cü il tarixində, saat 10:30-da “Kempinski Hotel Badamdar” mehmanxanasında (Mikayıl Müşviq küç. 1C) keçiriləcək.
Müşahidə Şurasının üzvlüyünə namizədlərin və yığıncaqda iştirak edəcək təşkilatların siyahısı ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:
http://youthfoundation.az/wp-content/uploads/2013/01/Təşkilatların-siyahısı.doc