UNİCEF-in Estoniya Respublikasından olan beynəlxalq konsultantı Tatyana Dibu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəssisi Aida Ailarova Gənclər Fondunun qonağı olmuşdur.
Görüş zamanı Fondun icraçı direktoru Fərhad Hacıyev və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva iştirak etmişdir.
Fərhad Hacıyev Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumat verərək Fondun prioritetlərini qonaqların nəzərinə çatdırmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyəti ilə yaxından tanış olmuş və Fondun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirmişlər.