15 sentyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Bakıda qonaq olan DEMYC (Democrat Youth Community of Europe), İYDU (International Young Democrat Union) və ICAPP (International Conference of Asian Political Parties) beynəlxalq gənclər təşkilatlarının nümayəndələri Azərbaycan Respublikasının Gənclər Fondunun qonağı olmuşdur.
Nümayəndə heyətini Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov salamlamışdır. Daha sonra Fondun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatlandırmış və Fondun prioritet istiqamətlərini qonaqların nəzərinə çatdırmışdır. Təqdimatdan sonra qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər. Sonda xatirə fotosu çəkilmişdir.