16 oktyabr 2018-ci il tarixində BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)
Cenevrədəki Baş Qərargahının zorakı ekstremizm və radikallaşma məsələləri üzrə
ixtisaslaşmış əməkdaşı Ceyson Aplon, Təşkilatın Vyanada yerləşən Regional ofisinin
mütəxəssisi Aleksandr Doqen və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri
Sərhan Aktoprak Azərbaycan Respublikasının Gənclər Fondunun qonaqları olmuşdur.
Görüşdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti,
həyata keçirilən layihələr və gənclər üçün yaradılan imkanlar haqqında geniş məlumat
vermişdir. Daha sonra Gənclər Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)
arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin icrasının
mümkünlüyü istiqamətində müzakirələr aparılmışdır. Qonaqlar Gənclər Fondunun
fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.