Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.
Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcəkdir.
Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Gənclər Fonduna müraciət mərhələlərinin izahlı videoçarxı.
1-ci mərhələ üçün:https://youthfoundation.az/esystem-test…
2-ci mərhələ üçün: https://youthfoundation.az/esystem-test
Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:
16-29 yaşlı tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.
Zəruri sənədlərin siyahısı:
1.Tələbə biletinin surəti
2.Valideynlərin şəxsiyyət vəsiqələrinin hər 2 tərəfinin surəti
3.Təhsil müəssisəsindən cari təhsil haqqı borcunuz ilə bağlı arayış
4.Müvafiq sosial kateqoriyaya aid olduğunuzu təsdiq edən sənəd
5.Tələbənin davamiyyəti
6.İmtahanlardan aldığınız qiymətlər
Müsabiqənin müddəti:
2 noyabr – 18 noyabr 2018-ci il saat 20:00-dək müraciətlər qəbul ediləcəkdir.
Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.