13 noyabr 2018-ci il tarixində Bakı Kristal Zalın Media Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun da iştirak etdiyi 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilmişdir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov, gənclər təşkilatlarının sədrləri və gənc fəallar iştirak etmişdir.