Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş növbəti tədbir, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 18 noyabr 2018-ci il tarixində Gəncə Şəhər Gənclər Evində “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası” layihəsi baş tutmuşdur.
Layihə üçün qeydiyyat elan olunduqdan sonra 250-dən artıq gənc müraciət edərək, layihədə iştirak etmək istəyini bildirmişdir. Gənclərlə müsahibə təşkil olunmuş, müsahibədən uğurla keçən 120 gənc layihədə iştirak şansı qazanmışdır. Seçimlər zamanı daxil olmuş müraciətlər əsasında müxtəlif regionlardan gənclər layihəyə dəvət olunmuşdur. Layihə çərçivəsində parlamentin bütün strukturu gənclərdən formalaşdırılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə müzakirə edilmiş mövzular gənclərin müzakirəsinə çıxarılmışdır. Ümumilikdə simulyasiya çərçivəsində parlamentin 2 sessiyası keçirilmişdir.
Həyata keçirilən sessiyalar zamanı gənclər o dövrün tarixi şəraitini və reallıqlarını nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində təmsil olunmuş müxtəlif fraksiyaların adından müzakirələrdə iştirak edərək öz fikirlərini səsləndirmişlər.
Sonda iştirakçılar üçün mədəni proqram təşkil edilmişdir