Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra Fond) Avropa Parlamentində (Brüssel) təcrübə proqramı üzrə müsabiqədə iştirakla bağlı 6-15 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirmişdir. Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılmışdır. Müsabiqədə ümumilikdə 201 şəxs iştirak etmişdir. Sənədlərin ekspertizası və müraciətçilərlə keçirilmiş müsahibələrin nəticəsi olaraq, aşağıdakı şəxslərin təcrübə proqramında iştirakının maliyyələşdirilməsinə qərar verilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondu bütün qalib müraciətçiləri təbrik edir!
Fondun Nizamnaməsinə uyğun olaraq həyata keçirilən beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək istəyən gənclərdən Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçmək və sosial şəbəkələrdəki səhifələrini izləmək xahiş olunur.