6 – 7 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində qalib olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatını həyata keçirmişdir. Layihənin ölkə hüdudlarından kənarda ilk təqdimatı reallaşdırılmışdır. Tədbir Türkiyənin İstanbul Aydın Universiteti və Yeni Yüzyıl Universitetlərində qonaqların diqqətinə çatdırılmışdır. Görüş Universitet rəhbərliyinin, tələbələrin, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun, Azərbaycan Respublikasının Gənclər Fondunun təmsilçilərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak ilə baş tutmuş o cümlədən tədbirdə hər iki ölkənin dövlət himinləri səsləndirilmişdir. Tədbirdə Qarabağda qətl edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının (AGAT) sədri Lalə Mehdiyeva üç dildə, Azərbaycan, Rus və İngilis dillərinində hazırlanan sayt haqqında tədbir iştirakçılarını məlumatlandırmış, internetə bağlanaraq proqramın telefonlara yükləmə formasını, istifadə qaydasını vidyogörüntülər vasitəsiylə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Proqramda Dağlıq Qarabağ münaqişəsinin tarixi, Qarabağın tarixi keçmişi, milli adət-ənənələri, mədəniyyəti, tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar yerləşdirilmiş, Ermənistanın apardığı işğalçılıq siyasəti, Xocalı soyqırımı haqqında fotolar və videolar təqdim olunmuşdur.
Tədbirdə Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev çıxış edərək “Karabakh” mobil tətbiqetməsinin müasir dövrümüzdə yeni texnologiyalar vasitəsilə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edərək Qarabağ tarixi və həqiqətləri barədə məlumat vermişdir.
Növbəti çıxış edən İstanbul Yeni Yüzyıl Universitetinin hüquq fakültəsinin dekanı professor Cəlal Erbay Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəftaşlıq münasibətlərinə diqqət çəkərək, müasir dövürdə gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etmişdir. O, vurğulayıb ki, türk dünyası həqiqətlərinin dünya içtimaiyyətinin diqqətinə çatdırılması işində gənclər müasir texnalogiyaların imkanlarından maksimun faydalanmalıdırlar.
Daha sonra çıxış edən Azərbaycan Respubikasının Gənclər Fondunun təmsilçisi Mübariz Qədirov təmsil etdiyi qurumun Dağlıq Qarabağ həqiqətlərinin təbliği istiqamətindəki maraqlı layihələri dəstəklədiklərini diqqətə çatdırmışdır. O, bildirmişdir ki, Qarabağ mobil tətbiqetməsinin Türkiyə universitetlərində təqdimatı layihənin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.