17 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Könüllülük – sağlam inkişaf” devizi altında tədbrilərin təşkili layihəsinin açılış mərasimi və ilk təlimi keçirilmişdir.
Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə şöbəsinin əməkdaşı Mübariz Qədirov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, layihənin təlimçisi Rəşad Bayramov və 30 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin mahiyyəti, əhəmiyyəti, gənclər üçün faydası və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. Təşkilat rəhbəri qeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların, idman və intellektual yarışmaların keçirilməsidir.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər (məsələn, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək və s.) Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi; Uşaqlar və gənclərlə işlərin aparılması; mədəni tarixi sərvətlərin qorunması; ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması; insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği.
Sonda təlimçi və qonaqlar tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.