17 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Davamlı İnsan İnkişafı Naminə Peşə Seçiminin Əhəmiyyəti” adlı layihənin təlimi keçirilmişdir. İctimai Birliyin sədri Yusif Ağayev tədbirdə çıxış edərək qeyd etmişdir ki, Davamlı İnsan İnkişafı baxımından peşə seçiminin əhəmiyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Son illərdə dünyada gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Risklər artmaqda, ölkələr arası rəqabət şiddətlənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bu günkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra yalnız adaptasiya qabiliyyətli, innovativ, inkluziv, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələr uğur əldə edə biləcəklər. Mərkəz rəhbəri Y.Ağayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın” “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın qorunmasına istiqamətlənməsidir. Yəni bütün resurslar elə istifadə edilməlidir ki, həm inkişaf davamlı olsun həm də dünya deqradasiyadan qorunsun. Y.Ağayev xüsusi vurğulamışdır ki, layihənin ideyası akademik U.Ələkbərovun “Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı” adlı məqaləsindən qaynaqlanmışdır. Məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartları, əmək bazarının tələbatına uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi, müasir peşə-tədris mərkəzi və komplekslərin yaradılması, qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq sahənin inkişafının əsasında dayanır.
Tədbirin ikinci müzakirə hissəsində 50-dən çox iştirakçı çıxış edərək Davamlı İnsan İnkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində orta ixtisas, peşə təhsili və ali məktəblərin müəyyən olunmuş ixtisaslarında təhsil alanlar üçün nəzərdə tutulmuş təlimlərdə peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, Davamlı İnsan İnkişafı sahəsində peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsi olunmuşdir. Təlimin sonunda iştirakşılara sertifikat, buklet, əyani vasaitlər təqdim edilmişdir.