Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regionlar Kubokunun final bağlanış mərasimi İsmayıllıda Qala Palace-da keçirilmişdir.
Rəsmi hissədə qonaqları salamlayaraq, İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı tədbiri açıq elan etmişdir. A.Manaflı intellektual oyunların gənclərin asudə vaxtının təşkilində və onların inkişafında önəmli rolunu vurğulayaraq belə yarışların ənənəvi hal almasının vacbiliyini qeyd etmiş, regionda ilk dəfə belə bir layihənin təşkil olunması və böyük maraq doğurduğunu nəzərə alaraq, Gənclər Fonduna təşəkkürünü bildirmişdir.
O, həmçinin öz çıxışında qeyd etmişdir ki, intellektual oyunlar hərəkatının ölkədə insan kapitalının formalaşdırılmasında əvəzsiz rolu vardır. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov çıxış edərək intellektual oyunların təşkilinin Fondun prioritet istiqamətləri arasında olduğunu qeyd etmişdir. O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm fərdi şəxslərin Fonda öz layihələri ilə müraciət edə biləcəklərini diqqətə çatdırmışdır.
Daha sonra isə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Rauf Rəcəbov gənclər üçün regionda yaradılan şəraitdən geniş söz açmışdır. R.Rəcəbov gənclərin inkişafı üçün intelektual yarışların çox önəmli olduğunu qeyd edərək gələcəkdə də bu tip layihələrə hər zaman dəstək olacaqlarını bildirmişdir. İsmayıllı Təhsil şöbəsinin əməkdaşı Ülviyyə Zeynalova isə qeyd etmişdir ki, gəclərin intellektual oyunlara olan marağı İsmayıllıda hər zaman öndə duran məsələlərdəndir. Bunun bariz nümunəsidir ki, qəbul imtahanlarında gənclərimiz yüksək nəticələr əldə edir, fənn olimpiadalarında fəal işrirak edirlər. Regionda intellektin inkişaf etdirilməsi üçün İsmayıllı rayon Təhsil şöbəsi olaraq bu tip layihələrin hər zaman dəstəkləndiyini bildirmişdir.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq müəllim qeyd etmişdir ki, intellekt layihələri və həmçinin gənclər ilə bağlı olan bütün layihələr hər zaman icra başçısı cənab, Mirdamət Sadıqovun diqqət mərkəzində olmuşdur. Bu layihənin region gəncliyinin intellektinin yüksəldilməsində bir təkan olduğunu qonaqların nəzərinə çatdırmışdır.
Rəsmi hissə bitdikdən sonra final oyunu baş tutmuşdur. Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 6 regionu və İsmayıllını təmsil edən 23 komanda intellektual mübarizəyə başlamışdır. Final mərhələsi çərçivəsində komandalar kubok uğrunda gərgin mübarizə aparmışlar. Regionlardan gələn və məktəblilərdən ibarət olan komandaları həvəsləndirmək üçün onlara iştiraklarına görə sertifikat təqdim edilmişdir.
Nə? Harada? Nə zaman?” intellektual ouyunu üzrə keçirilən Regionlar Kuboku layihəsinin final mərhələsi Elmidar Suleymansoyun baş redaktoruluğu ilə tərtib edilmiş 36 sualdan ibarət sual paketinin səsləndirilməsi ilə oyuna start verilmişdir. Oyun komandalar tərəfindən böyük marağa səbəb olmuşdur. Sonuncu suala qədər davam edən gərgin mübarizədə İsmayıllı rayonunun Bumerag komandası üçünçü yer, Qəbələnin “Abutiruentr” komandası ikinciliklə kifayətlənmişlər. Şamaxının “İstiqlar” komandası isə Regionlar Kubokunu başı üzərinə qaldıraraq layihənin qalibi olmuşdur. Layihənin təşkilati işlərində fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim edilmişdir. Həmçinin qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılmışlar.