Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam həyat tərzinin əhəmiyyəti. Xromosomlarda baş verən mutasiyalar və aradan qaldırılma yolları” layihəsi Cəlilabad şəhər tam orta məktəbində keçirilmişdir.
Layihə çərçivəsində uşaqlar və gənclər arasında gen, mutasiyalar və onların aradan qaldırılma yolları barədə maarifləndirmə işi aparılmış, iştirakçılara interaktiv şəkildə mövzu üzrə məlumat verilmiş, suallar cavablandırılmışdır.