Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Deyilən söz yadigardır” layihəsinin təlim-praktiki hissəsi həyata keçirilmişdir. Layihənin bu hissəsində 15 məktəbli iştirak etmişdir. Həmin gənclər 2 gün ərzində öncədən müəyyən edilmiş mövzular üzrə fərdi qaydada çıxışlar etmiş, sualları cavablandırmış və bu üsulla layihənin ilk iki günündə öyrənilən nəzəri biliklər gənclərə tətbiq edilmişdir. Xatırlatmaqda fayda var ki, layihənin təlim sessiyasında “Danışdıqlarım və Mən” mövzusunda silsilə təlimlər keçirilmişdir.
Layihə rəhbəri Cavid Abdullayev keçirilən layihənin önəmini vurğulamış, iştirakçıların öyrəndikləri bilikləri zamanla istifadə edərək daha peşəkar nitqlə cəmiyyətdə və təmsil olunduqları mühitdə uğur qazanacaqlarını bildirmişdir. Sonda layihə iştirakçılarına şəhadətnamələr təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.