7 yanvar 2019-cu il tarixində Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsində qalib olan “Azərbaycan-100 reallıqlar və faktlar” mövzusunda intellektual yarış layihəsinin açılış mərasimi baş tutmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir öz işinə başlamışdır. Açılışı giriş sözü ilə açan layihə rəhbəri Aytac Sarıyeva layihə iştirakçlarını salamlayaraq, layihəni açıq elan etmiş və layihənin əsas məzmunu, onun məqsədi vəzifələri haqqında qısa məlumat vermişdir. Hər kəsə məlumdur ki, cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2018 ci il Azərbaycan Xalq cümhuriyyəti ili elan olunmuşdur. Çünki məhz həmin gün yəni 1918-ci il 28 may tarixində Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, 100 ildən artıq müstəmləkə şəraitində yaşayan mədəniyyəti, dini, dili sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. O zaman müstəqilliyimiz cəmi 23 ay qoruyub saxlasaqda bu gün yenidən müstəqil dövlətin vətəndaşlarıyıq. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımıdır. Bu görədə tələbələr arasında intellektual yarışmaların keçirilməsi məqqəsədə uyğundur.
Layihənin əsas məqsədi Azərbaycan tarixinin gələcək nəsillərə çatdırılması, gənclərin intelektual biliyinin artırılması, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməyə, ideyalarını təbliğ etməyə, təcrübəsindən bəhrələnməyə şərait yaratmaqdır.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa video nümayiş olunmuşdur.
Layihənin sturukturu haqqında məlumat vermək üçün növbəti çıxış Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Cəfərzadə Arzuya verilmiş və intellektual yarışmaya təlimçi olaraq seçilmişdir. Öz çıxışında təlimçi qeyd etmişdir ki, yarışma 3 mərhələdən ibarət olaraq, dörddə bir mərhələ, yarımfinal və final mərhələsindən ibarət olacaqdır. Dörddə bir mərhələsi yanvarın 10-da baş tutacaqdır. Ümumi 10 sual olacaq, hər sual üçün 1 dəq vaxt veriləcək. yarışda əsasən səslənəcək suallar Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycanin mədəniyyətinə, idmanına, görkəmli şəxsiyyətlərə aid olacağı bildirilmişdir.
Sonda layihə rəhbəri Aytac Sarıyeva hər kəsi breyn-riqndə iştirak etməyə dəvət etmiş və açılışda iştirak edən hər kəsə təşəkkürünü çatdırmışdır.