Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsi çərçivəsində 06 Yanvar 2019-cu il tarixində Biləsuvar rayon Gənclər Evində Biləsuvar Skautları arasında İntellektual yarışma təşkil edilmişdir. Yarışmada 16-18 yaş qruplarında gənclərdən ibarət 7 komanda və hər komandada 5 nəfər təmsil olunmuşdur.
Yarışmanın açılışını giriş sözü ilə başlayan “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsinin rəhbəri Orucəli Abbaszadə Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırmış və iştirakçıları yarışmada fəal olmağa çağırmışdır. Növbəti çıxışda Biləsuvar rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnur Hüseynli dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdıraraq yarışmanın işinə uğurlar arzulamışdır.
Lahiyənin moderatorvə təlimçisi Famil Məmmədov oyunun qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir.
Yarışmada A və B olmaqla iki qrupda 7 komanda mübarizə aparmış, hər qrupun ilk iki yer tutan komandası finala vəsiqə qazanmışdır. Yarışmanın sonunda 1-ci yer tutan “Mübarizlər” komandası diplom və kubokla təltif edilmişdir. 2 və 3-cü yer tutan “Big Bang” və “Jest” komandaları diplomla təltif olunmuş və sonda bütün iştrakçılar seftikartla təltif edilmişdir.
Onuda qeyd edək ki, layihə çərçivəsində növbəti yarışma Quba skautları arasında 14 yanvar 2019-cu ildə baş tutacaqdır.