Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin 09 – 11 yanvar 2019 tarixlərində 20 nəfər fəal gəncin iştirakı ilə Masallı rayon Gənclər Mərkəzində açılış mərasimi və ilk təlimləri keçirilmişdir.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Rafət Şirəliyev açmışdır. O, Azərbaycan Respublikasının Gənclər Fondu, o cümlədən layihənin məqsədi və gedişatı haqqında iştirakçılara məlumat vermişdir. Növbəti çıxışda layihənin eksperti Raci Səfərov iştirakçılara layihənin əhəmiyyəti və vacibliyi haqqında məlumat verərək, onlara uğurlar arzulamışdır.
Təlimləri layihə rəhbəri və həmçinin “Öz Biznesinə Başla” üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edərək, ilk gündə gənclərə biznes, biznes ideyanın müəyyən olunması və qiymətləndirilməsi, biznesin növləri, biznes plan anlayışı, biznesin GZİT təhlili və s. təlimlər keçirmişlər. İştirakçılar komandalara bölünərək, 2-ci yarımgünlük sessiyada gənclərə Marketinq planı, – Məhsul, Yer, Qiymət və Tanıtım, Reklamın növləri və s. mövzular üzrə təlimlər keçirilmişdir.
Daha sonra iştirakçılar komanda şəklində hazırladıqları qrup işlərini təqdim etmişlər. Qrup işi biznes ideyanın müəyyən olunması, ideyanın təhlili, bazar araşdırmasının aparılması, və s. məqamları özündə əks etdirmişdir.
Qeyd üçün bildirmək istərdik ki, yanvar ayında layihə üzrə daha 2 təlim sessiyası keçiriləcəkdir. Fevral ayında isə gənclərin komanda şəklində hazırlayacağı biznes planların təqdimatı üçün çempionat təşkil olunacaqdır. İştirakçılar peşəkar münsiflər qarşısında öz biznes planlarını təqdim edəcəklər. Qalibələr xüsusi hədiyyə və diplomlarla təltif olunacaqlar.