Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qalibi, Sevinc Paşabəyzadənin təqdimatında 7,10,11 yanvar 2019-cu il tarixlərində Bakı şəhəri Binəqədi Gənclər Evində “Məktəblilərin yaşıl şəbəkəsi” adlı layihə həyata keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır. 3 gün davam edən layihə maraqlı müzakirələr və mövzuya dair video çarxların nümayişi ilə yadda qalmışdır. Layihənin keçirilməsində məqsəd iştirakçılara ekoloji problemlər haqqında məlumat vermək, bu problemlərin həlli istiqamətində tədbirlər planının hazırlanması üsullarını öyrətmək və KİV ilə bu məsələni gündəm də saxlamaqdan ibarət olmuşdur. Tədbirin sonunda şagirdlər ekologiya, onun problemləri və həlli üsulları haqqında məlumatlandırılmış, sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar.