18 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “ 20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilmiş və “Azadlıq Carçıları” filmi nümayış olunmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən tarix elmlər doktoru, professor Kərim Şükürov 20 yanvar 1990-cı il tarixində Bakıda törədilən faciə ilə bağlı bəzi faktları və məlumatları gənclərin diqqətinə çatdırmışdır. “Azadlıq Carçıları” filmində çəkilmiş, o cümlədən 1990-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Şirvan 2” gəmisinin baş köməkçisi olmuş Ağalar İbrahimov və “Komsomolun 40 illiyi” gəmisinin kapitanı olmuş Kərəm Məmmədov həmin dövürdə xalqımızın başına gətirilən faciənin canlı şahidi olaraq öz xatirələrini gənclərlə bölüşmüşlər. Daha sonra tədbirdə iştirak edən gənclər təşkilatlarının rəhbərləri çıxış etmişlər. Sonda “Azadlıq Carçıları” filmi nümayiş olunmuşdur