Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 2019-cu il ərzində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda birgə keçiriləcək tədbirlər planına uyğun olaraq imzalanan memoranduma əsasən 25 yanvar 2019-cu il tarixində Gənclər Fondu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ağsu rayonunda “Vətənin müdafiəsinə hazıram” çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilmişdir. Mərasimdə SHXÇDX-nin, Gənclər Fondunun və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər. Daha sonra tədbirin bədii hissəsi baş tutmuş və hərbi xidmətə yola salınan gənclərə Gənclər Fondunun hədiyyələri təqdim edilmişdir.