
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Yaşıl İqtisadiyyat” adlı layihənin bağlanış seminarı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Eldar Qurbanov öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirmiş, layihənin əsas məqsəd və hədəflərindən söz açmışdır. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev layihə rəhbərini təbrik etmiş və bu kimi layihələrin gənclər üçün önəmini vurğulamışdır. Çıxışlardan sonra isə təlimçi Mahmud Mahmudovun təqdimatında müvafiq mövzuda bağlanış seminarı keçirilmişdir.
Sonda iştirakçılar sertifikatla təltif olunmuşlar.