Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azəri Gənclər Alyansı İctimai Birliyi “Mən təhsil almaq istəyirəm, ərə getmək yox!” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyani bölgələrdə – Lerik, Lənkəran, Astara və Cəlilabad rayonlarında xüsusilə də, həmin regionların orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etməkdir. Təlimlərdə hədəf eyni zamanda, yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə də, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına nail olmaqdır.
Layihə çərçivəsində erkən nikah probleminə qarşı cəmiyyətin daha geniş müstəvidə maarifləndirilməsi məqsədilə sosial çarx hazırlanmışdır.