8 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Mühasiblər Birliyi” ictimai birliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının rəhbər nümayəndələrinin və mühasiblərinin iştirakı ilə “Gənclər təşkilatlarında Mühasibatlıq, Maliyyə idarəetməsi və Hesabatlılıq” mövzusunda konfrans keçirilmişdir. Konfransın birinci hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli nümayəndələrinin ekspert qismində iştirakı ilə “Qeyri-hökumət təşkilatlarının sosial və vergi öhdəlikləri” və “Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları” mövzularında panel sessiyası təşkil edilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarının rəhbər və mühasiblərinin bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onların maliyyə savadlılığının artırılması və fəaliyyətlərinin daha sağlam, etibarlı, dayanıqlı və effektiv formalaşdırılmasıdır. Tədbirin ikinci hissəsində gənclər təşkilatlarinin rəhbərləri və mühasiblərin iştirakı ilə praktiki təlim keçirlmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.