“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib. Layihənin ilk günü Mingəçevir şəhərində, növbəti görüş isə Sabirabad rayonunda baş tutub. Layihə çərçivəsində ilk olaraq iştirakçılara gənc səfirlər tərəfindən təlimlər keçirilib. Daha sonra iştirakçılar arasında müxtəlif mövzular əsasında diskussiyalar aparılıb. İştirakçılara sertifikatlar verilib. Layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti barəsində gənclərin məlumatlandırılması, həmçinin, onları bu sahədə zəruri tədbirlər həyata keçirməyə istiqamətləndirməkdir. 5 regionu əhatə edəcək layihə çərçivəsində paytaxt və region gəncləri üçün müvafiq sahə üzrə xüsusi təlimçilər və gənc səfirlərlə görüşlər təşkil olunacaq.