Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan Tural İbrahimovun “Danış ki, bilim kimsən” adlı layihəsi üzrə təlimlər yekunlaşıb.
Təlimin məqsədi yeniyetmə və gənclərin kommunikasiya qabiliyyətlərinin inkşafı, nitq qüsurlarının aradan qaldırılması, kütlə qarşısında çıxış etmə və ünsiyyət baçarıqlarının inkşaf etdirilməsi idi. Təlimlər “Uğurlu ünsiyyətin sirləri”, ”Ünsiyyətdə müvəffəqiyyətin əsas nöqtələri”, “Ünsiyyət və bədən dili”, ”Kütlə qarşısında çıxış” və s. mövzuları əhatə edib. Ümumilikdə 200-ə qədər gənci əhatə edən təlim Hədəf hazırlıq kurslarının ayrı-ayrı filiallarında (Yasamal, Neftçilər, Əhmədli, Azadlıq) təşkil olunub. Hər təlimdə iştirakçı sayı 40-45 nəfəri təşkil edən təlimlər psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Qarayeva tərəfindən keçirilib. Gənclər çox maraqla təlimlərdə iştirak edib, suallarını psixoloqa ünvanlayıblar.
Təlimçi psixoloq Ruhəngiz Qarayeva təlimlərin gənclər üçün çox faydalı olduğunu qeyd edərək bildirib ki, biz gənclərdə ünsiyyət qabiliyyətlərinin inkşafı ilə bağlı maraq yarada bildik. Artıq onlar ünsiyyətdə nə danışmaqla yanaşı necə danışmağın nə qədər vacib olduğunu, qeyri verbal ünsiyyətin, ünsiyyətdə bədən dilinin nə qədər əhəmiyyətli olduğunun fərqində olacaqlar. Təlimlər gənclərdə bu istiqamətdə daim özlərini inkşaf etdirmək üçün stimul yaradıb. Psixoloq bu təlimlərin həm də gənclərin sosiallaşması istiqamətində böyük əhəmiyyət daşıdığını söyləyib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.