15 mart 2019-cu il tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Biləsuvar, Masallı və Sabirabad rayonlarında yaşayan fəal gənclər və gənclər təşkilatlarının nümayəndələri ilə görüşlərdə iştirak ediblər. Görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Biləsuvar, Masallı və Sabirabad rayonların ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açılıb. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin porblemlərini və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərində dəstək olmaqdır. Müzakirə formatında davam edən görüşlərdə gənclərin təklifləri dinlənilib. Rayon gəncləri onları düşündürən məsələlərlə bağlı ekspertlərə suallar ünvanlayıb və bəzi təkliflərlə çıxış ediblər. Yaxın gələcəkdə Biləsuvar, Masallı və Sabirabad Gənclər Mərkəzlərinin fəaliyyəti çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, hər üç rayonda Gənclər Mərkəzlərinin fəaliyyətində aktivliyin artırılması, bu istiqamətdə işlərin gücləndirilməsi nəzərdə tutulub.